SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda müasir tipli taksi dayanacaqları quraşdırılıb.
 
BAKU.WS-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin Ölkə.Az-a deyib ki,  qurumun pasportlaşdırdığı 79 taksi duracaqlarının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb.

"Hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun formada dizayn edilərək xətlənmə və nişanlanma işləri aparılır”, - deyə M.Ağayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədi ilə duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb.
 
BAKU.WS