SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ağcabədidə güclü külək bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində çətinlik yaradıb.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ağcabədi rayonunun Kəhrizli kənd ərazisində ağac aşması nəticəsində 3 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Rayon İcra Hakimiyyətinin Kəhrizli ərazi üzrə nümayəndəsi Ayaz Qəhrəmanovun APA-ya verdiyi bildirib ki, güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb. Kəhrizli, Kiçik Kəhrizli və Minaxorlu kəndlərinə elektrik enerjisinin verilməsində problem yaranıb.
Güclü  külək Ağdamda da ciddi fəsadlar yaradıb. Rayonun Əhmədağalı kənd sakini İsmayılov Malik İsgəndər oğluna məxsus evin qarşısındakı çardağın tavan hissəsi uçub.
 
BAKU.WS