VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
"IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının yollarında çəkilmiş xüsusi sarı zolaqlara icazəsiz daxil olan 800-dən çox sürücü cərimələnib”.

BAKU.WS xəbər verir ki, bunu İstiPress-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Şöbə müdirinin sözlərinə görə, sürücülər qayda pozuntusunu tələsmələri, paralel yollarda sürət həddinin aşağı olması ilə izah edirlər: "Günü-gündən cərimələnənlərin sayı azalır. Bu onu göstərir ki, sürücülər artıq qaydalara tabe olurlar ”

Yol polisi əməkdaşları tərəfindən sarı zolağa nəzarətin gücləndirildiyini də diqqətə çatdıran V.Əsədov sürücüləri bir daha zolağa daxil olmamağa çağırıb.
IV İslam Həmrəyliyi Oyunları üçün Bakı yollarında çəkilən xüsusi zolaqlarla bağlı qadağa mayın 5-də qüvvəyə minib və mayın 25-nə qədər qüvvədə qalacaq. Bu zolaqda yalnız Oyunların keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edə bilər.

Qaydanı pozan sürücülər 40 manat cərimə olunur. Nəzərə alsaq ki, qadağanın qüvvəyə mindiyi gündən bu günə qədər 800 nəfər cərimələnib, onda sürücülər ümumilikdə 32 000 manat cərimə ödəyiblər. 
 
BAKU.WS