VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Müsabiqə iki nominasiya - "Ən yaxşı hərbi vətənpərvərlik simvolikası” və "Ən yaxşı hərbi vətənpərvərlik şüarı (devizi)” üzrə keçirilir.

Məqsəd yeniyetmə və gənclər arasında yaradıcılığı və hərbi vətənpərvərliyi təbliğ etmək, eləcə də ictimaiyyətin diqqətini "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin 5 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə yönəltməkdir.

Müsabiqəyə təqdim olunan simvolika geniş ictimai marağa səbəb ola biləcək qrafik dizayna malik olmaqla hərbi vətənpərvərliyi özündə ehtiva etməli, eləcə də qələbə əzmini ifadə etməklə təsirli olmalıdır.

Müsabiqəyə təqdim olunan şüar (deviz) isə hərbi vətənpərvərliyi özündə ehtiva edən, tələffüzü çətin cümlələrdən olmayan, təsirli olmaqla tək oxunuşda hər kəsin yaddaşında qala bilən, xatırlana bilən bir cümlə olmalıdır.

Simvolika orijinal və rəngli olmalı, təsvir edilmiş görünüşü əks etdirməli, hər hansı mövcud emblem və loqotiplərin elementlərini təkrarlamamalıdır. Onun hazırlanmasında dizayn bacarığına malik istənilən yaradıcı şəxslər (məktəbli, tələbə) və ya təcrübəli dizaynerlər iştirak edə bilərlər. Bundan başqa, simvolika qrafik (*jpeg, *png) və vektor versiyalarında (*cdr 2012, *psd;*pdd) təqdim olunmalıdır.

Şüar (deviz) əvvəllər işlədilmiş və yayımlanmış olmamalı, müsabiqə elan edilmiş vaxtdan yazılmalı, "Arial” 12 şriftlə *doc və ya *cdr 2012 versiyalarında ağ, qara, yaxud rəngli yazıda təqdim olunmalı, işlər elektron formada göndərilməli, yaxud yaddaş kartında şəxsən təqdim edilməlidir. Şüarın (deviz) yaradılmasında intellektual biliyə malik istənilən şəxslər (məktəbli, tələbə, hərbçi, elm adamı və s.) iştirak edə bilərlər.

Müsabiqəyə hər bir şəxs tərəfindən yalnız bir iş təqdim oluna bilər. Müsabiqəni elan etmiş tərəf mükafat qazanan işlərdən təbliğat, maarifləndirmə vasitəsi kimi istifadə etmək hüququna malikdir və ondan nəşrlərində istifadə edə bilər. Müsabiqəyə qatılan şəxs özü haqqında şəxsi məlumatlarını (adını, soyadını, atasının adını, doğum tarixini (gün, ay, il) əlaqə nömrəsini (ev, mobil), işlədiyi və ya oxuduğu müəssisəni, bir ədəd fotoşəkil) *doc faylında işə əlavə etməlidir.
Hər iki nominasiya üzrə ilk üç yerin sahibinə diplom və mükafatlar təqdim olunacaq.

İşlər mayın 20-dək təqdim olunmalıdır. Müsabiqənin nəticəsi mayın 26-da elan ediləcək.

Əlavə məlumat almaq üçün "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin inzibati binasına şəxsiyyəti təsdiq edən sənədlə (Az 1022 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99 (Maliyyə Nazirliyinin arxa tərəfi, Zabitlər bağının yaxınlığı) müraciət etmək lazımdır (mail: [email protected]).
Əlaqə telefonları: (012) 597 25 88 və (055) 409 02 82.
 
BAKU.WS