VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Yeni Yasamalda evlər kütləvi satışa çıxarılır.
 
BAKU.WS xəbər verir ki, bunu fins.az-a açıqlamasında əmlak elanları saytının rəhbəri, ekspert Vaqif Hüseynov deyib. Söhbət, dairəvi yolun kənarında "Bazarstore” və "Qismət Şadlıq Sarayı”na qədər ərazidə yerləşən mənzillərdən gedir. Onun sözlərinə görə, son 2-3 ay ərzində bu ərazidə satışa çıxarılan evlərlə bağlı elanlar sürətlə artır: "Hər gün Bakının həmin ərazisindən minimum  2-3 fərqli ev elanı yerləşdirilir. Bu isə əmlak üçün kifayət qədər böyük rəqəm hesab edilir. Satışa çıxarılan mənzillər isə əsasən 2-3 otaqlıdır”.

Ekspert bildirir ki, hazırda Yeni Yasamalda MTK-lara müraciət etdikdə satışda mənzil olmadığını bildirirlər. Satılan mənzillərdə isə demək olar ki, yaşayış yoxdur. Görünən odur ki, bu ərazilərdə mənzil qiymətləri kifayət qədər aşağı olduğu üçün əvvəlcə əlavə mənzil kimi alınıb. İndi isə dollar manat qarşısında demək olar ki, ən aşağı həddə düşüb. Belə olan halda mənzili satıb vəsaiti dollara yatırmaqla bir neçə aydan sonra daha çox qazanc əldə etmək olar:"1.68 manat kursu hazırda dollar almaq üçün ən əlverişli kursdur. Dolların yenidən bahalaşmaq ehtimalı daha yüksəkdir. Ev sahibləri bunu nəzərə alaraq əlavə yatırım kimi evləri sataraq dollara çevirməyi məqsədəuyğun hesab edirlər”.

V.Hüseynovun sözlərinə görə, ev elanlarının indi kütləvi artmasının digər səbəbi Bakıda bəzi ərazilərdə evlərin plana düşməsi, söküntü işlərinə başlanmasıdır. Vətəndaşlar hesab edirlər ki, belə vəziyyətdə bazarda mənzillərə tələbat  artacaq və evləri daha asan satmaq olacaq. Bu isə yanlış düşüncədir. Belə ki, hazırda mənzil bazarında durğunluq davam edir, yəni mənzil bazarında da alıcı qıtlığı hökm sürür.

Hazırda Bakıda mənzillərin qiymətinə gəlincə isə ekspert bildirib ki, daşınmaz əmlak bazarında hələlik qiymətlərdə ciddi dəyişiklik hiss edilmir.  
 
BAKU.WS