VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib. 

BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, qanuna yeni məzmunda  V-II hissənin əlavə edilməsi təklif olunur. Belə ki, əlavəyə görə, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir. Həmçinin , təklif olunur ki,  Azərbaycanda  ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu Qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə, o cümlədən, dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə, texniki baxış zamanı nəqliyyat vasitəsinin bu qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.

Qanun layihəsinin müzakirəsində çıxış edən millət vəkili Elmira Axundova bildirib ki, ötən illərlə müqayisədə 2017-ci ildə ölkədə avtoqəzaların və bunun nəticəsində baş verən ölüm hallarının sayı artmaqdadır: "Bu, çox təəssüf doğuran bir məsələdir. Bir neçə il bundan qabaq təklif irəli sürmüşdüm ki, qonşu ölkələrin, o cümlədən, Rusiyanın təcrübəsini öyrənək. Yəni, köhnə model maşınları, xüsusilə də, Rusiya istehsalı olan maşınlar yol hərəkətindən çıxaraq. Bunun müqabilində də avtomobil sahiblərinə müəyyən məbləğdə vəsait və yaxud çek verilsin, daha doğrusu, həmin şəxslərlə daha güzəştli şərtlərlə yeni model avtomobil almaq imkanı yaradılsın. Çünki ölümlə nəticələn  avtoqəzaların böyük əksəriyyəti köhnə model maşınlarda baş verir”.
 
BAKU.WS