VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini və həmçinin trekin asfalt örtüyünün yarışa tam hazır vəziyyətə gətirilməsi istiqamətində təmir-bərpa işlərini davam etdirir.

BAKU.WS xəbər verir ki, bu gündən etibarən iyunun 23-ü saat 18:00-dək Rəsul Rza küçəsinin Zərifə Əliyeva küçəsi və Neftçilər prospekti ilə olan kəsişmələri arasındakı hissəsində təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən kəsişmələrdən etibarən yolun həmin hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Zərifə Əliyeva küçəsi ilə gələn sürücülərin alternativ yollardan istifadə etmələri xahiş olunur.

Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.
 
BAKU.WS