SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Son illər muxtar respublikada yol-nəqliyyat kompleksinə daxil olan qurumların fəaliyyətinin təşkili sahəsində ardıcıl tədbirlər görülüb. Bu tədbirlər 2017-ci ilin birinci rübündə də diqqətdə saxlanılıb, Naxçıvan-Bakı-Naxçıvan, Naxçıvan-Urmiya və Naxçıvan-Təbriz istiqamətlərində avtobus marşrutlarının fəaliyyəti davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu günlərdə isə Naxçıvan-İğdır-Ərzurum marşrutu fəaliyyətə başlayıb. Avtobus hər gün səhər saat 05:00-da Naxçıvan şəhər avtovağzalından yola düşür.

Sərnişinlər muxtar respublikada fəaliyyət göstərən bütün avtovağzallardan Naxçıvan-İğdır marşrutu üzrə 5, Naxçıvan-Ərzurum marşrutu üzrə isə 16 manata bilet əldə edə bilərlər.(AzərTAc)
 
BAKU.WS