SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
"Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində mübahisəli məsələlərdən biri qapalı məkanlarda (kafe, restoran, çayxana, otel, oyun salonları və s.) sulu qəlyanların çəkilməsinə münasibətdir”.
 
BAKU.WS-in məlumatına görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev modern.az-a bildirib.

Musa Quliyevin sözlərinə görə, layihə hazırki şəkildə qəbul olunarsa, sulu qəlyan çəkilməsinə məhdudiyyət qoyulmayacaq:
 
"Mənim fikrimcə isə sulu qəlyan daha təhlükəli və gənclərdə alışqanlıq yaradan pis verdiş kimi qapalı məkanlarda qadağan olunmalıdır. Açıq havada çəkilməsinə icazə vermək olar. Yaxud xüsusi lisenziya ilə işləyən qəlyanxanalar açmaq olar. Uşaqları, məktəbliləri, siqaret tüstüsü olan məkanlardan uzaq tutmaq lazımdır”.
 

BAKU.WS