SİZİN REKLAM BURADA!
055 213 76 73



SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyində (İB) bu ilin yanvar-mart ayları ərzində qurumda əhali sektoru üzrə 27554 yeni abonent qeydiyyata alınıb ki, bunun da 12570-i Bakı, Abşeron və Sumqayıt, 14984-i isə regionlar üzrədir.

BAKU.WS xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2036014-ə çatıb.

Qeyd edək ki, aprelin 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.
 
BAKU.WS