SİZİN REKLAM BURADA!
055 213 76 73



Bravo hipermarketi, tamamilə yeni alış-veriş təcrübəsi, bu gün - aprelin 6-da, saat 08:00-da Əhmədli ərazisində qapılarını öz müştərilərinə açdı. Olduqca geniş, 8.000 kv.m-lik alış-veriş ərazisi, 40.000 məhsul növü və 800 avtomobillik inanılmaz dərəcədə geniş dayanacağı ilə seçilən Bravo hipermarketi sevimli müştərilərinə bu dəfə alış-verişdə sözün əsl mənasında hiper imkanlar yaradır.

Bravo yerli və xarici, keyfiyyətli və təravətli ərzaq məhsulları ilə yanaşı qeyri-ərzaq mallarının geniş çeşidini aşağı qiymətə təklif edir. Pərakəndə satış üzrə dünyaca məşhur brendlər hesab olunan İngiltərənin "Waitrose” və Fransanın "Casino” məhsullarının eksklüziv seçim imkanını da məhz Bravo hipermarketində əldə etmək mümkündür.

Hipermarket formatı özü ilə başqa nə yeniliklər gətirdi:
Genişləndirilmiş təravətli meyvə və tərəvəz məhsulları bölməsi 
Dondurulmuş məhsul çeşidlərinin artırılması
Şərab və spirtli içkilərdə daha çox seçim imkanı
Daha geniş çeşiddə məişət əşyaları
Daha böyük ət, dəniz məhsulları, qastronomiya, un və qənnadı məhsulları bölmələri
Yeni idman məhsulları bölməsi
Daha böyük dəftərxana ləvazimatları və oyuncaq bölməsi
Genişləndirilmiş çeşiddə kosmetika, şəxsi qulluq və gigiyena bölmələri
Qadın, kişi və uşaqlar üçün əsas geyim çeşidləri
Daha da zəngin körpə qidası və qulluq vasitələri seçimi
Geniş çeşiddə tekstil məhsulları
Tamamilə yeni bağ və bağçılıq məhsulları bölməsi
Yeni kiçik mebel və mebel aksesuarları
Böyük və kiçik məişət texnikası
Tamamilə yeni elektrik və əl alətləri bölməsi

Onu da qeyd edək ki, hipermarket həftənin 7 günü, səhər saat 8-dən gecə saat 12-dək fəaliyyət göstərir və Əhmədli metro stansiyası ilə Bravo hipermarketi arasında xüsusi müasir avtobuslar reysləri həyata keçirilir.

Odur ki, yeni Bravo hipermarketində alış-veriş etməkdən xüsusi zövq almağa tələsin!  
 
BRAVO Hipermarketi artıq Əhmədlidə!


Bravo Hipermarketi

Bakı,Əhmədli qəsəbəsi
(keçmiş Radio Zavod)
Bazar ertəsi – Bazar / 08:00 – 00:00

Bizi sosial media hesablarımızda izləyin və son məlumatlardan xəbərdar olun.