SİZİN REKLAM BURADA!
055 213 76 73



Qərb Universitetində yeni rektor fəaliyyətə başlayıb. Bundan sonra universitetə Latviya vətəndaşı Andris Leitas rəhbərlik edəcək.

BAKU.WS xəbər verir ki, universitetdən "Qafqazinfo"ya verilən məlumata görə, böyük pedaqoji və idarəçilik təcrübəsinə malik olan yeni rektor Latviya Dövlət Universitetini bitirib, mühəndislik elmləri üzrə fəlsəfə doktorudur.

Latviya Dövlət Universitetinin professoru olan A. Leitas bu ölkənin bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.
 
BAKU.WS