VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin bağlanması Nobel prospektində də hərəkətin iflic olmasına səbəb olub. 
 
AZXEBER.COM xəbər verir ki, səhər saatlarından etibarən sözügedən prospektə hərəkət dayanıb. Buna səbəb "Azəravtoyol"un Yusif Səfərov küçəsində apardığı təmir işləri ilə əlaqədardır. Belə ki, Nobel prospektindən üzü Xətai prospektinin kəsişməsinə qədər olan hissədə hərəkət dayanıb və uzun avtomobil sıxlığı yaranıb. Tıxacın bir hissəsi isə Heydər Əliyev prospektində də yaşanıb. 

Vətəndaşlardan bəziləri avtomobili yolun ortasında qoyaraq ərazini tərk ediblər.

Qeyd edək ki, 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar da təmir işləri bitənə qədər, alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər.
 
BAKU.WS