SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Müğənni Rəqsanə İsmayılova son günlər xeyli arıqlaması ilə gündəmə gəlib. 

BAKU.WS-in Axşam.az-a istinadən məlumatına görə, ifaçı pəhrizini izləyiciləri ilə bölüşüb:

"Hər səhər yuxudan duran kimi ilk olaraq su içirəm. Nə qədər çox içsək, bir o qədər yaxşıdır. Günortaya yaxın pomidor, xiyar, göyərti və qatığı qarışdırıb yeyirəm. Duzsuz olmalıdır. Çay və suyu çox içirəm. Qan aşağı düşməsin deyə, hər gün mütləq qara şokolad yeyin. Axşama doğru meyvə yeyirəm, ancaq alma və üzüm olmalıdır. Meyvə qurusu da ola bilər. Axşam isə duzsuz düyünü qatıqla yeyə bildiyiniz qədər yeyin. Bir həftə bu pəhrizi saxlayıb, sonra dəyişirəm. Mədəniz balacalaşacaq, özünüz də çox yeyə bilməyəcəksiniz. Bir neçə gün çətin olur, sonra öyrəşirsən".

Qeyd edək ki, R.İsmayılova açıqlamasında 22 kiloqram çəki atdığını demişdi.

BAKU.WS