SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bakı-Ələt yolunun 14-cü kilometrində Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ postuna aid 99-YP-842 qeydiyyat nişanlı patrul avtomobili yolun hərəkət hissəsində qalıb və sürücülərə təhlükə yaradır.

BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, DYP əməkdaşları avtomobildə radar qurmaq məqsədilə yolun sol kənar zolağında park edərək digər digər nəqliyyat vasitələrinə maneə yaradıblar. Demək olar ki, sürücülər orada hər gün eyni mənzərə ilə qarşılaşır.

İş orasındadır ki, patrul avtomobilinin içində heç kim olmur. Sadəcə, maşını yolun hərəkət hissəsinə ataraq çıxıb gedirlər. Videodan da aydın görünür ki, həmin patrul avtomobilinin nə sayrışan işığı yanır, nə də ki xüsusi səs siqnalı qoşulub. Belə olan halda isə qanunvericiliyin tələbi kobud şəkildə pozulur.

Qanunda qeyd olunub ki, xidməti vəzifəsini yerinə yetirən zaman qanunun tələblərindən kənara çıxma zərurəti yarandıqda, patrul avtmobolinin həm sayrışan işıq siqnalı, həm də xüsusi səs siqnalı qoşulu vəziyyətdə olmalıdır.

BAKU.WS