SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Demək olar ki, hər birimizin hər gün rastlaşdığımız 5 manatlıq Azərbaycan əskinasının arxa üzündə nə yazıldığına diqqət etmisinizmi? 

Sən demə, milli pulumuza da türk millətinə mənsubluğumuzu ifadə edən cümlələr həkk edilib. 

Moderator.az xəbər verir ki, bu barədə tanınmış radio-jurnalist Ötərxan Eltac maraqlı açıqlama verib: 

"5 manatlıq əskinasın arxa üzündə Orxon-Yenisey əlifbası və Kül Tegin kitabəsi çap olunub. Kitabədə yazılır: 

"Türk millətinin adı, sanı yox olmasın deyə, atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı məni taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum.”

BAKU.WS