VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Gigi Gorgeous günümüzün ən məşhur Youtube simalarından biridir. Onu hamıdan fərqləndirən bir kişi olaraq girdiyi Youtube dünyasında addım addım bir qadına çevrilməsi və bunu da davamlı olaraq Youtube-de paylaşmasıdır.

BAKU.WS moderator.az-a istinadən xəbər verir ki, məşhur bir ulduza çevrilən Gigi Gorgeousı Qreqori Allan Lazzarato adı ilə 1992-ci ildə Kanadada dünyaya gəlib. İtalyan, fransız və livanlı kökləri olan bir ailənin oğlu olaraq kiçik yaşlarından etibarən üzgüçülük idmanı ilə məşğul olan Qreqori, hətta bu növ üzrə Kanada çempionatı adını qazanıb. 2008-ci ildə – 16 yaşında Youtube dünyasına addım atır. Hemoseksual bir kişi kimi makiyaj videoları çəkən, özünü belə xarakterizə edən Qreqorinin Youtube kanalı qısa müddətdə inanılmaz dərəcədə diqqət çəkir.

Getdikcə daha qadın görünüşü alan Qreqori, özündə dəyişikliklərə 2013-cü ilin dekabrda başlayır. 2012-ci ildə anasını itirən və bununla həyatda böyük bir psixoloji zərbə alan Qreqori, 2013-cü ildə artıq tamamilə başqa birisi olmuşdu. O tarixdən etibarən özünü hemoseksual kişi yerinə, qadın kimi hiss edən Qreqori, yavaş-yavaş bir qadına çevrilməyə başladı. Bu tarixdən sonra bir sıra əməliyyat keçirdi. Bədən tüklərini daimi olaraq alan, hormon dəyişikliyi müalicəsinə girən, üz cizgilərini qadınlaşdırma, burun və sinə əməliyyatları keçirən Qreqori adını da Giselle (Gigi) Loren Lazzarato olaraq dəyişdirdi.

Bütün bu proseslər bir il sürdü. Artıq tamamilə bir qadın olan Gigi, özünü Gigi Gorgeous – Möhtəşəm Gigi kimi təsvir etməyə başladı. 2015-ci ildə Youtube kanalında 130 milyon izləyici və 1 milyon abunəyə sahib idi. Məşhurluğu ona şöhrətin də qapılarını açdı.
Televiziya şoularında boy göstərməyə başlayan gənc ulduz, həyatında yaşadığı çətinliklər baxmayaraq eşq həyatı da yaşayır. O, bir müddətdir milyarder bir ailənin varislərindən Natalia Villiams ilə birlikdədir. Neft zəngini və Getty Oilin banisi milyarder Jan Pol Gettynin nəvələrindən olan Natalia Villiams isı Nats Getty adını istifadə edir.

Gigi Gorgeous-un cinsi dəyişkənlik həyatını anbaan təsvir edən Youtube filminə buradan baxa bilərsiniz:
 
BAKU.WS