VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Bəstəkar Xanım İsmayılqızı sosial şəbəkədə status paylaşıb.
 
BAKU.WS-ın axşam.az-a istinadən verdiyi məlumata görə, o paylaşdığı statusda həkimlərdən gileylənib. 

"Allah heç kimi xəstəxanalıq etməsin. Bizim "şəfa verən” həkimlərimiz, hər mənada can almağı da bacarırlar... Bilmirsən ki, dərdinə kor olub, içindəki yanğıyla əlin xəstənin və öz ürəyinin üstündə olsun, yoxsa ki, cibində... Allah sizə insaf versin - sağlamlığımızın keşiyində duranlar... Ağlınız işləyən kimi ürəyiniz də işləsin. Təki yolunuz oralara düşməsin, amma bir həqiqəti anladım ki, üstü bəzək, altı təzək olan, adamları hər mənada şoka salan özəl, təmtəraqlı, yaraşıqlı xəstəxanalardan uzaq durun. Yalançı vədlərlə, gərginlik yaratmaqla yalnız qazancını düşünən və hər bir xəstəyə müştəri gözü ilə baxan həkimlərimiz var. Sizin qiyamətiniz Allaha qalıb. Yenə də nə varsa, dövlət xəstəxanalarında var. Şərait qənaətbəxş olmasa da, insaf alababatdır”.

Arzu Mirzəyeva
BAKU.WS