VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın bütün bölgələri Novruz bayramını özünəməxsus formada qeyd edir. Qazax rayonunun Yuxarı Salahlı kəndində qeyd edilən bayram şənliyi digərlərindən fərqlənir.

BAKU.WS Sputnik az-a istinadən xəbər verir ki, artıq neçə illərdir bu kəndin bayram şənliyi "Salahlı karnavalı" adını alıb. Hər bir evin qarşısında bayram tonqalı yandırılır, evlərdə bayram süfrələri açılır.
 
Gənclər özlərini qrimləyib, qadın paltarı geyir və evləri gəzir. Oynayır, əylənir, əyləndirir. Bundan başqa fərdi formada da evləri gəzən, nəmər yığan, həm əylənən, həm də əyləndirən kənd sakinləri var.
 
Ümumilikdə isə karnaval iştirakçılarının bir prinsipi var — tanınmamaq.

Arzu Mirzəyeva
BAKU.WS