SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycan-Rusiya sərhədində yük maşınlarının Rusiya tərəfə buraxılmaması problemi hələ də davam edir.

BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, 100 tondan artıq pomidor xarab olma təhlükəsi ilə üz-üzə qalıb. Məlum olub ki, Rusiya ərazisində 20-dən çox yük dolu avtomobil bazarlara buraxılmayıb.
 
Rusiya bazarlarına kənd təsərrüfatı malları aparan azərbaycanlı fermerlər Moskvadan gələcək ekspertizanın cavabını gözləyirlər. Xaçmaz Gömrük İdarəsinin Samur gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov yaranmış problemin həlli istiqamətində qonşu ölkənin aidiyyatı qurumları ilə müzakirələr aparıldığını bildirib.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Arzu Mirzəyeva
BAKU.WS