VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Mart ayının 17-dən etibarən manqalda bişən  ətin qeyri-adi dadını verən və McDonald’s Azərbaycan restoranlarının menyusuna ilk dəfə daxil olunan Manqal Burger satışa buraxılır.  Yeni Burgerin tərkibi yumşaq küncütlü bulkdan,  Türkiyyə istehsalı olan tərkibi 100 % mal əti, soğan, duz, qara bibər , sarımsaqdan və Doğma Abşeron torpağımızın bəhrəsi olan xırçıldayan Aysberq salatı və şirəli pomidordan ibarətdir. 

Burgerin tərkibinə daxil olan Çili Ketçupu yerli istehsal olaraq ilk dəfə bu burgerdə istifadə olunub.  McDonald’s Azərbaycan şirkəti yerli istehsalın inkişaf etdirilməsi məqsədi ilə bu sousun istehsalçı  olan Azersun Holding  ilə əməkdaşlığa başlamışdır. Qeyd edək ki, bu istehsalçı qida təhlükəsizliyi üzrə bir çox  beynəlxalq  o cümlədən FSSC 22000 auditlərdən uğurla keçmişdir. 

Yeni Mangal Burger satışa çıxarılmazdan əvvəl biz müştərilərimiz üçün xüsusi dequstasiya təşkil etmişik və nəticədə onlardan 98% yeni məhsulun dadını çox bəyənmişdir. 

Sizi restoranlarımıza Manqal Burger-in təkrarolunmaz dadına baxıb qiymətləndirmək üçün dəvət edirik!  

Eyni zamanda McDonalds Azərbaycan şirkəti bütün müştərilərimizi və Azərbaycan xalqını qarşıdan gələn milli bayramımız olan Novruz Bayramı ünasibəti ilə təbrik edir, süfrələrin daima rüzulu və bərəkətli olmasını arzu edir.

McDonald’s-da görüşənədək!