SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bəzi qəzalı vəziyyətdə olan binalar sökülərək yerində yeniləri tikiləcək. 
 
"Bakı şəhəri, Yasamal rayonunda dövlət 19 pilot layihə hazırlayıb ki, həmin layihələr çərçivəsi 19 ədəd çoxmərtəbəli bina tikiləcək".

 BAKU.WS-in verdiyi xəbərdə bildirilir ki, bu barədə Sputnik Azərbaycan-a Yasamal Rayon Bələdiyyəsinin sədri Zakir Cəfərov məlumat verib. "Həmin 19 binadan 5-i bu il ərzində tikiləcək. Proses davam edəcək" — sədr bildirib. Z. Cəfərovun sözlərinə görə, pilot layihələr çərçivəsində, bəzi köhnə, qəzalı vəziyyətdə olan binalar sökülərək yerində yeniləri tikiləcək: "Sökülən binaların sakinlərinə maddi vəsait ödəniləcək ki, yeni bina hazır olanadək kirayədə qalsınlar. Bina tikildikdən sonra isə sakinlərə həmin binalardan mənzillər veriləcək".

Arzu Mirzəyeva
BAKU.WS