SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda marşrut avtobusları yalnız xüsusi zolaqlarda hərəkət edəcək.
 
BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi avtobuslar üçün xüsusi hərəkət zolağı çəkdirməyə başlayıb. İlk mərhələdə paytaxtın 9 küçə və prospektində belə zolaqlar çəkiləcək. Məqsəd sərnişindaşımada təhlükəsizliyi və rahatlığı təmin etməkdir. Bəs zolağa daxil olan digər nəqliyyat vasitələri ya da zolaqdan çıxan avtobusların sürücülərini nə gözləyir?

Bakıda marşrut avtobusları xüsusi zolaqla hərəkət edəcək. Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatdan istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə küçə və prospektlərdə yalnız sərnişin avtobuslarının hərəkət etməsi üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə və müvafiq nişanları yerləşdirməyə başlayıb. Yasamal rayonu Məmməd Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsindən başlayan işlər ilkin mərhələdə paytaxtın 9 küçə və prospektində aparılacaq. Bunlar Babək, Xocalı, Nobel, Gəncə prospektləri, Mikayşl Hüseynov, Əhməd Rəcəbli, Mikayıl Əliyev və Yusif Səfərov küçələridir.

Zolaq boyunca yerləşən yaşayış məntəqələrində yaşayan sakinlər üçün xüsusi nişanlar qoyulacaq ki, həmin yerlərdən sakinlər məhəllələrinə daxil ola biləcəklər.

Yola dayanma və durma qadağandır, eləcə də avtobus dayanacağının olduğunu bildirən nişan qoyulub. Bu zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri cərimə olunacaq. Avtobus sürücülərin isə xüsusi zolaqdan kənarda hərəkət edərsə 40 manat cərimə ediləcək.
Ancaq xüsusi zolaq ayrılıdıqdan və müvafiq yol nişanı qoyulmasından bir neçə saat keçməsinə baxmayaraq bəzi sürücülərin qayda pozmasının şahidi olduq.
 
Xəzər TV-nin hazırladığı ətraflı videomatrialı sizə təqdim edirik:
 
Aynur Ələkbərova
BAKU.WS