VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub. 
 
BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva bu barədə öz Instagram hesabında yazıb. Fondun vitse-prezidenti uşaqlarla söhbət edib və onların problemləri ilə maraqlanıb. 
 
Qeyd edək ki, Leyla Əliyeva sosial layihələrlə ictimaiətin diqqətini çəkib. Fondun vitse-prezidenti 5 aprel 2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə mükafatlandırılıb. 1 oktyabr 2013-cü ildə 3-cü dərəcəli "Müqəddəs mələksima knyaqina Olqa” ordeni ilə 20 dekabr 2013-cü ildə isə "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 30 may 2015-ci ildə Leyla Əliyeva və Emin Ağalarov boşandıqlarını elan ediblər. 20 oktyabr 2015-ci ildə "Puşkin” medalı ilə təltif olunub.
 
BAKU.WS