SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda bahalı it satışa çıxarılıb.
 
BAKU.WS-in məlumatına görə, dünyanın ən bahalı və ən sədaqətli iti sayılan Tibet Mastiffinin bir cüt dişi və erkəyi satılır.
 
Elan sahibinin yazdığına görə, əslində reallıqda itlərin qiyməti daha bahadır:
 
"Baxa bilmədiyim üçün satıram. Heyvanların sənədləri var. Maşınla barter edə bilərəm. 15 min manata satıram". 
 
Xatırladaq ki, bir müddət öncə Tibet mastif cinsindən olan "İmperator" ləqəbli it Çində 1 miyon 583 min dollara satılıb. "İmperator" hərraca çıxarılan min itdən biri olub. İlkin qiyməti 158 min dollar olaraq müəyyən edilən it rekord qiymətə satılıb. 
 
Nazim Babayev
BAKU.WS