055 213 76 73
Reydlər bütün şəhər ərazisində, xüsusən də avtovağzalda baş tutub.
BAKU.WS xəbər verir ki, Sumqayıt şəhər DYPŞ-dən avtosfer.az-a verilən məlumata görə, reydlər nəticəsində 20 mikroavtobus cərimə meydançasına aparılıb. Onların bir çoxunda əlavə oturacaqlar quraşdırıldığı və Bakı-Sumqayıt xətti üzrə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üzə çıxıb.
Həmin mikroavtobuslar arasında "Ford"lar çoxluq təşkil edir. Onların bir çoxunu idarə edənlərin sənədləri qaydasında olmayıb. Bundan başqa, sürücülük vəsiqəsi sərnişindaşıma fəailiyyətinə uyğun gəlməyənlərin də mikroavtobus idarə etməsi halları müəyyən edilib.
Hazırda DYP əməkdaşları Sumqayıt şəhəri ərazisində reydləri davam etdirir.
BAKU.WS