VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Zoologiya İnstitutu ANS televiziyasına əmlakının binadan çıxarılması üçün vaxt verib. Şirkət bu ay ərzində öz əmlakını binadan çıxarmalıdır. BAKU.WS-in məlumatına görə, ANS televiziyasının rəhbərlərindən biri Modern.az-a xəbəri təsdiqləyib.
 
Məlumata görə, bu günlərdə şirkət rəhbərliyinin binaya daxil olmasına icazə verilməyib.  Həmçinin "ANS Müstəqil Yayım və Media» Şirkətinə əmlakını binadan çıxarmaq üçün martın 23-dək vaxt verilib.

"ANS Müstəqil Yayım və Media» Şirkətinin yerləşdiyi ofisin icarəsi ilə bağlı müqavilənin müddətiötən il bitsə də, uzadılmamışdı. Zoologiya İnstitutundan bununla bağlı verilən açıqlamada bildirilirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi müqavilənin vaxtı bitdiyindən ANS-lə yeni müqavilə bağlanmayıb.
 
Qeyd edək ki, Azərbaycanın ilk müstəqil televiziyası olan ANS 1991-ci il noyabrın 26-dan fəaliyyət göstərirdi. Hər şey isə 2016-cı il iyunun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ANS-in hadisələri işıqlandırması və televiziyanın müxbirinin Ankaranın dövlət çevrilişini təşkil etməkdə günahlandırdığı Fəthullah Gülənin mətbuat konfransında iştirakından sonra baş verib. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.
 
 
«ANS Müstəqil Yayım və Media» Şirkəti lisenziyasının ləğvi barədə qərarın qüvvədən salınması ilə bağlı məhkəməyə müraciət etsə də, iddia təmin edilməyib.
 
BAKU.WS