SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"US News & World Report" agentliyi dünyanın yaşamaq üçün ən əlverişli ölkələrinin reytinqini tərtib edib.

BAKU.WS fins.az agentliyə istinadən xəbər verir ki, reytinq turizm, innovasiya, mədəniyyət, sosial sfera, iqtisadi artım tempi və biznesə açıqlıq baxımından tərtib edilib.

Dünyanın yaşamaq üçün ən əlverişli ölkələrin reytinqində İsveçrə 1-ci yerdədir. Siyahıda ikinci yerdə Kanada, üçünçü yerdə isə Böyük Britaniyadır.

Reytinqdə  Almaniya 4-cü, Yaponiya 5-ci, İsveç 6-cı, ABŞ 7-ci, Avstraliya 8-ci, Fransa 9-cu, Norveç  isə 10-cu pillədə  yer alıb.
Ən yaşamalı ölkələrin reytinqində Rusiya 27-ci, Türkiyə 36-cı,  Azərbaycan  isə 69-cu yerdədir.  Siyahıda Belarusiya 70-ci, Qazaxıstan 71-ci və Ukrayna isə 73-cü pillədə qərarlaşıb.

Arzu Mirzəyeva
BAKU.WS