SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycanın "Online Group” startap şirkəti bu ilin sonunadək "Onlayn-aptek” modulunu "Doctormap” sisteminə inteqrə edəcək.
 
BAKU.WS-in xəbərində bildirilir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Bu modul apteklərin məlumat bazalarında dərmanların sadələşdirilmiş axtarışını təmin edəcək. İstifadəçi ona lazım olan preparatların qiymətlərini müqayisə edə biləcək.

Bundan başqa, dərmanların ünvana çatdırılması xidməti də mövcud olacaq.

Arzu Mirzəyeva
BAKU.WS