055 213 76 73
"Azercell Telecom” MMC bəzi xidmətlərində müəyyən çətinliklərin yaranacağı ilə bağlı abunəçilərinə xəbərdarlıq edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə martın 4-də təkmilləşdirmə işləri aparılacaq.
Qurum bəyan edir ki, bununla əlaqədar həmin gün gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.
Arzu Mirzəyeva
BAKU.WS