VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sosial şəbəklərdə blogerlərin paylaşdıqları videolar çox böyük marağa səbəb olur və geniş auditoriya tərəfindən izlənir. Bunun səbəbi isə onların  yüz minlərlə izləyici kütləsinə malik olmalarıdır. Son zamanların trendinə çevrilmiş bu məşğuliyyət həm də yaxşı gəlir mənbəyidir.
 
BAKU.WS-in xəbərinə görə, azərbaycanlı blogerlərin qiymətləri paylaşdıqları postlardan asılı olaraq 300 manatdan 2000 manatadək dəyişir. Onların paylaşdıqları vine çəkilişləri 800-1000 manatdan yuxarı başa gəlir. Videoblogger Hüseyn Əzizoğlunun reklam üçün çəkdiyi vine 1000 AZN-dir. Videobloger Mənsur Şərifin paylaşdığı 1 günlük postun qiyməti 200 manat, 1 həftəlik 400 manat, 1 aylıq isə 800 manat təşkil edir. Videoblogger Nikonun isə paylaşdığı 1 günlük postun qiyməti 150 manat, həftəlik 400 manat, 1 aylıq isə 800 manatdır. Videobloggerlər kənardan əlavə 100-200 manat aşağı qiymətə təklif edilən işdən isə imtina edirlər.
 
Harun Məmmədov isə dublaj edərək məşhurlaşan videobloggerlərdəndir. Onun səhifəsində reklam paylaşımı etmək 300 manatdır. 
 
Videoblogger Sabir Samiroğlu isə postu 1 gün üçün 100 m, 3 gün üçün 150 manat, 1 həftə üçün 200 manat, 1 aylıq 300 manat, ayda 3 paylaşım 500 manat müəyyən edib. Reklam üçün vine çəkilişi isə 1 həftə üçün 300 manat, 1 ay üçün isə 500 manatdır.
 
Tanınmış videoblogger Taleh Yüzbəyovun reklam üçün tələb etdiyi vəsait 1000-1500 manat arasıdır.

İkibaşlı səhifəsinin hazırladığı reklam videoları isə nisbətən daha bahadır. Belə ki, gənclərin götürdükləri reklamlar 2000 AZN-dən başlayır və senaridən asılı olaraq arta bilər. 

Digər videobloggerlər Altun Mətləboğlu, Elvin – İbraSabi.piri isə suallarımıza cavab verməkdən yayınıb.  

Blogerlərin bir çoxunun kasıb ailələrdən olduğunu və asan yolla birdən-birə külli miqdarda pul qazandıqları isə bir çoxlarına məlumdur. Amma blogerlər onu da bilsinlər ki, video vine bu günün trendidir, bu gün aktualdır. Yəni onların malik olduqları populyarlıq və rahat qazanc mənbəyi bir neçə ildən sonra əllərindən çıxa bilər. Buna görə də, blogerlərə onlara təklif edilən hər hansı bir işdən imtina etmək yerinə, əvvəlcə düşünərək ağılla qərar vermələri daha məqsədə uyğun olar.
 
Sizə Azərbaycanda reklam fəaliyyəti ilə məşğul olan bəzi blogerlərin səhifələrini təqdim edirik: 
 

Aysel Abdullazadə

BAKU.WS