SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Bağlanan 11 bankda qorunan əmanətlər üzrə bu gün nəzərdə tutulmuş 760 milyon manatdan 725 milyon manatdan artıq kompensasiya ödənilib - təxminən 25 min nəfərə”.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. 

Onun sözlərinə görə, bu gün 140 min nəfərədək əmanətçi gəlib əmanətlərini geri götürmür:

"Təxminən 140 min nəfərədək əmanətçinin 35 milyon manatdan bir qədər az məbləğdə əmanəti bu gün hesablardadır. Həmin əmanətçilər gedib onu götürmürlər. Nəyə görə? Çünki 140 min nəfərədək əmanətçinin 109 mininin əmanəti 1 manatdan azdır.

Bu əmanətləri geri götürmək isə həmin qeyd olunan əmanətçilərə sərfəli deyil. Amma bunların hamısı bir yerə toplananda təxminən dediyim kimi belə bir böyük məbləğ qalır”.

Palata sədri xatırladıb ki, 2015-ci ilin martından lisenziyası ləğv edilmiş banklarda əhalinin əmanətlərinə yüz faiz təminat verilir: 

"Ondan əvvəlki bağlanmış müqavilələrdə isə yüz faizlik deyil, 30 min manatadək olan və müəyyən gəlirlilik təmin edən əmanətlərə zəmanət verilmişdi”.
   
Arzu Mirzəyeva
BAKU.WS