SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Bakı Nəqliyyat Agentliyi bir sıra marşrutların hərəkətində müvəqqəti dəyişiklik edib.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə daxil olan xəbərə görə, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdirilib.
 
Aynur Ələkbərova
BAKU.WS