VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların idxalçılarını gömrük rüsumlarının ödənişindən azad etməyə hazırdır.

"Qafqazinfo” xəbər verir ki, Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik mətbuata açıqlamasında deyib ki, Türkiyənin şərq vilayətlərinin tələbatını ödəmək üçün sərhədyanı ticarət çərçivəsində qonşu ölkələrdən bir sıra ərzaq məhsulları idxal oluna bilər. Türkiyənin Nazirlər Kabinetinin ötən il "Sərhədyanı ticarətin nizamlanması haqqında” qərar qəbul etdiyini xatırladan Faruk Çelik qeyd edib ki, bu qərara əsasən, Naxçıvandan ölkənin sərhədyanı vilayətlərinə idxal müəyyən edilmiş limit çərçivəsində həyata keçiriləcək: "Bu qərarla əlaqədar olaraq, Naxçıvandan idxal olunan mallar gömrük rüsumlarından azad olunacaq. Naxçıvan Türkiyə iləAzərbaycan arasında "birləşdirici halqa”dır. Naxçıvan coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir”.
 
BAKU.WS