VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şəki şəhərində qeyri adi ailə münaqişəsi ARB TV izləyicilərinin diqqətini çəkib.
 
BAKU.WS xəbər verir ki, sözügedən telekanalda yayımlanan "Çıxış Yolu Afət Rahilqızı ilə" verilişinə şikayət edən ana qızına həyat yoldaşı və ailəsinin işkəncə verdiyini bildirib. Göz yaşlarına hakim ola bilməyən ana qızının geri qaytarılması üçün veriliş komandasına dil töküb. Aparıcı Afət Rahilqızı qızın evinə yola düşdükdə isə təəccübünü gizlədə bilməyib. Qız anasını qapıdan qovub və bildirib ki, qadının söylədiklərinin hamısı yalandır. 
 
Bundan başqa gənc qadın verilişə çəkiliş aparmaqda mane olmaq üçün müqavimət göstərib. Qaynatasının etrirazından sonra sakitləşən gəlin bildirib ki, anası onu boşatdırıb başqa birinə ərə vermək istəyir.
 
"Anam deyir boşan səni başqa kişiyə verəcəm. Elə şey olar?".
 
Aynur Ələkbərova
BAKU.WS