VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın ən böyük kommersiya banklarından biri olan AtaBank-ın bankomatlarında problem yaranıb. 
 
BAKU.WS-in məlumatına görə, bankın Bakıda fəaliyyət göstərən 50 bankomatdan yalnız biri - Nobel pr. 15-də yerləşən "AZURE SHOPPİNG CENTER"in binasında olan bankomat işlək vəziyyətdədir. 
 
ATABank-ın Məlumat Bürosundan BAKU.WS-ə verilən məlumata görə, artıq bir neçə gündür ki, ATM-lər in fəaliyyəti dayandırılıb. Bankomatların işləməməsi texniki problemlərlə əlaqədardır. Bildirilir ki, ATM-lər söndürülüb və hazırda problemin aradan qaldırılması üçün iş görülür. Bankdan "ATM-lərin nə vaxt işləyəcəyi" ilə bağlı suala isə konkret cavab almaq mümkün olmayıb.  
 
Nazim Babayev
BAKU.WS