VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Heydər Əliyev prospekti və Zığ dairəsindən aeroport istiqamətində sürət həddi aşağı salınıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev AZƏRTAC-a məlumat verib.

O bildirib ki, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət saatda 20 kilometr endirilib.

Arzu Mirzəyeva
BAKU.WS