SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Bakı Nəqliyyat Agentliyinin Baş direktoru, nəqliyyat məsələləri  üzrə müşaviri Mübariz Abbasov 125 saylı yeni marşrut xəttinin açılması ilə bağlı  BAKU.WS-ə ətraflı müsahibə verib.

 


O, müsahibəsində bildirib: "Bu gün Bakı Nəqliyyat Agentliyində marşrut xətlərinin satışa şıxarılması ilə bağlı Azərbaycan  Respublikası Nazirlər kabinetinin 2009-cu il 3 aprel tarixli 52 saylı "avtobus xətlərinin sahibkarlara müsabiqə yolu ilə verilməsi” qərarı mövcuddur.  Biz artıq 2016-cı ildə apardığımız təhlillərin məntiqi nəticəsi olaraq 2017-ci ildən bu prosesə başlamışıq.  Bu proses Bakı şəhərinin inzibati ərazisində son 8 ildə ilk dəfə olaraq Bakı Şəhər Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Ona görə də, ilk  növbədə Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edən xarici mütəxəsislərlə birgə hazırlanan Bakı Nəqliyyat proqramının konsepsiyasına uyğun  avtobus xətlərinin açılması  məqsədilə 125 saylı avtobus xətti də 28 may nəqliyyat mərkəzi ilə Lökbatan nəqliyyat mübadilə mərkəzini  birləşdirdiyinə görə, həmin 125 saylı marşrut xəttinı müsabiqəyə çıxartdıq.  Bu gündən  artıq avtobuslar test rejimi ilə həmin marşrut xəttindən istifadə edirlər.  Biz çalışırıq ki, sahibkarları həmin şərtlər müqabilində müsabiqəyə cəlb edik.” 


Onu da qeyd edək kİ, bu marşrut üzrə avtobuslar 28 Мay metrostansiyası - Sahil metrostansiyası - Bayıl qəsəsəbəsi - 20-ci sahə - Bibi Heybət - Şixov çimərliyi - Binə Ticarət Мərkəzi istiqamətində və əks istiqamətdə hərəkət edəcəklər. Gediş haqqı 25 qəpik təyin edilib.


Arzu Mirzəyeva 

BAKU.WS