VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir sıra yeni tikilən binalarda Mənzil-Tikinti Kooperativləri komunal ödənişləri qaldırıb. Hətta elə şirkətlər var ki, ödənişi iki dəfəyə qədər artırıb. Sakinlər isə bundan narazılıq edir. Üstəlik artımın səbəblərini də başa düşə bilmirlər.

BAKU.WS xəbər verir ki, öncədən 23 qəpik alınan kommunal xidmət haqqı artıq 40 qəpikdən tələb olunmağa başlanıb. Bu isə vətəndaşların narazılığına səbəb olub.

Sakinlər bildirir ki, MTK onaklara qiymət artımının səbəbini də izah etmir. sakinlərin dediyinə görə komunal ödəniş mtk-lara lift, zibil və binanın ümumi təmizliyi üçün edilir. əgər artım varsa bunu əsaslandırmaq lazımdır. Üstəlik ödənişə görə onlara təqdim edilən çeklər də rəsmi sənəd kimi hazırlanmayıb və pul tələb edən adamların heç birinin rəsmi sənədi yoxdur.

Məsələ ilə bağlı şikayət edilən şirkətin ofisinə yaxınlaşdıq. Qapı öncədən açıq olsa da dərhal bağladılar. Kompleksin komendatı olan Ehtiram adlı şəxsə isə zəng etsək də telefonu açan olmadı.

Sakinlər buna məntiqli bir səbəbin göstərilməsi və problemin həllini gözləyirlər.
 
Aynur Ələkbərova
BAKU.WS