SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir neçə gün  ölkəmizə yağan qar paytaxtda və digər bölgələrdə müəyyən problemlər yaradıb.
 
BAKU.WS xəbər verir ki, əriyən qar sularından paytaxtın yolları keçilməz vəziyyətə düşüb. Elə yollar var ki, hətta hərəkət tamamilə mümkünsüz vəziyyətə çatıb.
 
Bu cür ağır vəziyyətdə olan yollardan biri isə Biləcərinin qəsəbəsi, Sumqayıt şosesi 1 ünvanıdır. Qardan sonra bu ərazidə yollar tamamilə keçilməz olub. Bildirilir ki, hər dəfə yağış yağandan sonra da yollar bu hala düşür, rəsmi qurumlarsa problemə bir əncam çəkmir.
 
Aynur Ələkbərova
BAKU.WS