VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Novxanı Bağlar massivinə 10 gündür su verilmir.
 
Bu barədə BAKU.WS-ə qəsəbə sakinləri məlumat veriblər. Sakinlərin dediyinə görə, "Azərsu” ilə Meliorasiya idarəsinin qarşıdurmasına görə, 100 yaxın ev hazırda susuz qalıb. "Meliorasiya kanalı qazır, genişləndirir ki, buradan su xətti çəkmək olmaz, sürüşmə zonasıdı. Heç bir xəbərdarlıq etmədən su turbalarını kəsib aparırlar. "Azərsu” isə heç bir iş görmür. "Azərsu”nun Novxanı idarəsi deyir ki, yuxarı məktub göndərmişik, cavab gözləyirik”, - deyə qəsəbə sakinləri qeyd edib.
 
BAKU.WS