SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV kanalında ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamenti yaradılıb.
 
BAKU.WS xəbər verir ki, telekanalın rəhbəri Vüqar Qaradağlının əmri ilə kanalın informasiya siyasətinə T.İbrahimov nəzarət edəcək.

Bu isə bir çox yerlərdə Vaqif Aydınoğlunun ATV-dən getməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.

V.Aydınoğlu məsələ ilə bağlı açıqlama verərək, işindən ayrılmadığını bildirib: 
 
"Əziz dostlarım və çox hörmətli jurnalist həmkarlarım, dünəndən bəri mənə ünvanladığınız çoxsaylı suallarınıza qısaca açıqlama vermək məcburiyyətində qaldım. Mən öz işimin başındayam. İndiyədək olduğu kimi hazırda da ATV-nin "İctimai siyasi verlişlər" departamentinin rəhbəri, "Xəbərlər” xidmətinin baş redaktoru və "HəftəSonu” analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm. Sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm. Bu iş kanalımızda yeni yaradılan "İctimai siyasi məsələlər və ictimayətlə əlaqələr” departamentinə təyin olunan rəhbər Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm, bundan sonra ATV ilə bağlı suallarınızı mənə yox, Turan bəyə ünvanlayasınız”.
 
Aynur Ələkbərova
BAKU.WS