VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar elektrik qızdırıcılarından istifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sözügedən komitənin iclasında ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu sərəncam israfın da qismən qarşısını ala bilər: 

"Bu günlərdə vəzifə tutan adamlardan biri ilə söhbət etmişəm. Dedi ki, vəzifəyə əmrimi alan gün ərizə verərək ona verilən yardımdan imtina edib. Düşünüb ki, işdə yüksək maaş alacaq. Onun buna mənəvi cəhətdən haqqı yoxdur. Belə adamlar bu gün çoxdur”.

Hadi Rəcəblinin sözlərinə görə, sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək, həm də ünvanlılığı təmin edəcək: 

"Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Orada da problemlər olurdu. 20 manat yemək pulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”.