SİZİN REKLAM BURADA!
055 213 76 73



Psixoloq Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işi başlanıb.
 
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hadisə yerindən D.Rzayevin məktubu, eləcə də onun bəzi şəxsi əşyaları götürülüb.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Dəyanət Rzayev yanvarın 26-na keçən gecə Murtuza Muxtarov 185 ünvanında yerləşən evində özünü asaraq intihar edib.

Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub. 

BAKU.WS