SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"Apple" şirkəti iOS 9 sistemini təqdim etdikdən qısa müddət sonra iOS 9.0.1 yenilənməsini istifadəyə verib. Bu yenilənmə nəticəsində sistemdəki bəzi səhvlər düzəldilib. Amma yeni əməliyyat sistemində faydalı, amma bir o qədər də təhlükəli funksiya var. Əgər sizdə mobil internetiniz limitsiz deyilsə, o zaman sizi nəhəng hesablar gözləyir. 

BAKU.WS-in bakinskiy.com-a istinadla verdiyi məlumata görə, sözügedən funksiya "Wi-Fi Assist" adlanır və yeni sistemdə istifadəyə verilib. Bu funksiya Wi-Fi vasitəsilə ötürülən internetin sürəti aşağı olan zaman sizin telefonunuzda 3G və ya 4G-ni avtomatik olaraq dəyişdirir.

Bu proses hər yerdə ola bilər. Məsələnsiz ofisdə, kafedə və ya barda Wi-Fi-dan istifadə edərəkən bir neçə istifadəçi də internetə qoşulacaq. Bunun nəticəsində Wi-Fi sürəti kəskin azalacaq. Belə olan halda telefonunuz 3G və ya 4G-yə avtomatik keçəcək.

 
Yeni iOS 9 sisteminə keçən bütün iPhone istifadəçiləri artıq bu xidmətə qoşulub. Bu funksiyanı dayandırmağın ən asan yolunu biz sizə göstərəcəyik. 

1. Tənzimləmələri (Settings) açın.

2. "Mobil əlaqəni" seçirik.

 

3. Siyahısını aşağı salırıq, sonda "Wi-Fi Assist" funksiyanı tapırıq və onu söndürürük.