SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda siqaretlərin qiyməti qəfil bahalaşıb. 
 
BAKU.WS-in məlumatına görə, paytaxtın bütün mağazalarında satılan siqaretlerin qiyməti təxminən 10-20 qəpik arasında bahalaşıb. Nisbətən ucuz siqaretlərin qiymətində 10, bahalı siqaretlərdə isə 20 qəpik fərq var. 
 
Qeyd edək ki, bir müddət əvvəl siqaret firmalarının mağazalara mal verməkdən imtina etdiyi bildirilirdi. Bildirilir ki, müvafiq qanunlara edilən dəyişikliklərlə əlaqədar olaraq artıq firmalar mağazalara siqareti nağdsız qaydada satmağa başlayacaqları deyilirdi. 
 
Azər Məmmədov
BAKU.WS