VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gürcüstanda yaşayan soydaşımız Aydəniz Bədirovun 14 yaşı var. O, sərbəst güləş üzrə 17 dəfə Gürcüstan çempionu olub. A.Bədirov hazırda Gürcüstanın ən prespektivli güləşçilərindən sayılır. Buna baxmayaraq, azərbaycanlı idmançı olduqca çətin şəraitdə yaşayır. Ailə vəziyyəti çətin olduğundan çempion bazarda limon satmaqla məşğuldur.

Gürcüstanın hakim "Gürcü arzusu" partiyasından deputat seçilən Savalan Mirzəyev azvision.az-a açıqlamasında həmin ailəyə baş çəkdiyini deyib. Bildirib ki, Bədirovlar ailəsinin vətəndaşlıq alması üçün Gürcüstanın ədliyyə naziri ilə danışıqlar aparılıb.

Savalan Mirzəyevin sözlərinə görə, Aydəniz Bədirov Gürcüstan vətəndaşı olmadığı üçün Gürcüstan Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin maliyyələşmə sistemindən yararlana bilmir: "Hazırda Gürcüstanın ədliyyə naziri ilə danışıqlar aparırıq. Onların ilk olaraq oturum və sonra vətəndaşlıq alması üçün işlər görürük. Ailə vəziyyətləri ağırdır. Anası epilepsiya xəstəsidir. Atası fəhlə işləyir. Ailədə 4 azyaşlı uşaq var. Vətəndaşlıq ala bilmədiklərindən uşaqlar məktəbə gedə bilmirlər. Gürcüstanda bir çox qurumlar onlara yardım etmək istəyir. Həmin ailə vətəndaşlıq aldıqdan sonra sosial yardımdan yararlana biləcəklər".

S.Mirzəyev qeyd edib ki, ilk növbədə, Gürcüstanda ailə qeydiyyatdan keçməli və oturma izni almalıdır: "Şəxsən Gürcüstan ədliyyə naziri ilə danışıqlarımız oldu. Aidiyyatı qurumlara tapşırıq verilib. Müvvəqəti şəxsiyyət vəsiqəsini aldıqdan sonra vətəndaşlıq üçün Gürcüstan prezidentinə müraciət olunacaq. Yaxın vaxtlarda onlara lazım olan köməklik göstəriləcək".
 
BAKU.WS