SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda bankla müştəri arasında maraqlı hadisə baş verib. Belə ki, "Unibank”a vətəndaşın borcu ödəməməsi haqda onun iş yerinə müraciət edib.
 
BAKU.WS-in məlumatına görə, vətəndaş bunu bank sirrinin pozulması (bu barədə 2015-ci ildən başlayaraq dəfələrlə yazmışam) hesab edərək Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət edib. Palata da "Unibank”a məktub (surətini vətəndaşın adını və ünvanını silərək əlavə edirəm) göndərərək borc haqqında məlumatın üçüncü şəxslərə verilməsini Mülki Məcəllənin 967.2-ci və "Banklar haqqında” Qanunun 41.2-ci maddəsinə zidd olduğunu bildirib.
 
Maraqlısı həm də odur ki, "Unibank”ın bağladığı kredit müqaviləsində bank tərəfindən borclunun iş yerinə müraciət edə bilməsi haqda müddəa var. Lakin Palata Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən qanuna zidd olan həmin müddəanı etibarsız hesab edib. Palata "Unibank”dan gələcəkdə belə pozuntulara yol verməməyi tələb edib. "Əks təqdirdə… Banka qarşı müvafiq olaraq təsir, təshih tədbirləri və sanksiyalar tətbiq oluna bilər”, - Palata məktubu belə yekunlaşdırır.
 
BAKU.WS