SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 20 ünvanında yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Nizami rayonu 8-ci kilometr qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xətai rayonu Gəncə prospekti və UPD yaşayış massivinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
 
BAKU.WS