SİZİN REKLAM BURADA!
055 213 76 73


“KOBİA olaraq məqsədimiz kiçik və orta biznesin rəqəmsallaşdırılmasıdır”.
 
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitində deyib.
 
O, rayonlarda və kəndlərdə rəqəmsallaşmanı yüksəltmək istədiklərini bildirib:
 
“Azərbaycanda sahibkarların 99%-i kiçik və orta bizneslə məşğul olurlar. Onlara informasiya texnologiyaları sektorunda işləmək lazımdır.
Agentlik olaraq qadın sahibkarlığının inkişafı üçün tədbirlər həyata keçirmək istəyirik. Pandemiya dövründə Azərbaycanda kiçik və orta sahibkarların 70%-i onlayn aktivliyini artırıb”. 
 
O.Məmmədovun sözlərinə görə, agentliyin keçirdiyi sorğular göstərir ki, sahibkarlar çox zaman mövcud dəstək proqramlarından xəbərsiz olurlar:
 
“Bu boşluğu aradan qaldırmaq üçün rəqəmsallaşdırma bizim strategiyamızın əsas elementidir”.
BAKU.WS